Ağlınıza gələn hər sualın cavabı
Cavabını tapa bilmədiyiniz sual varsa bizə yazın — kömək etməyə hazırıq.
15 günlük demo nə qədər funksiya verir?+
Bütün 12 modul tamamilə açıqdır — POS, anbar, satış, maliyyə, CRM, tapşırıq, HR, AI köməkçi və daha çoxu. Heç bir məhdudiyyət yoxdur. 15 gün bitəndə paket seçə bilərsiniz.
Kart məlumatı tələb olunurmu?+
Xeyr. Qeydiyyat üçün yalnız email, şirkət adı və telefon kifayətdir. Paket aldığınızda yalnız ödəniş üsulunu daxil edirsiniz.
Tapşırıq və əməkdaş idarəçiliyi necə işləyir?+
Komandanıza tapşırıq təyin edin, son tarix və prioritet qoyun, AI iş yükünü təhlil etsin. HR modulunda əməkdaş kartı, maaş/bordro, davamiyyət, məzuniyyət və KPI izlənir — hamısı satış nəticələri ilə bağlı.
Biznesimə tam nəzarəti necə əldə edirəm?+
Nəzarət mərkəzi real vaxtda anomaliyaları və riskləri göstərir. Təsdiq axını ilə endirim/xərc kimi həssas əməliyyatlar icazə tələb edir. Audit log hər dəyişikliyi kim, nə vaxt etdiyi ilə qeydə alır.
Paketdə hansı modullar daxildir?+
Başlanğıc paketdə anbar, satış, müştəri və əsas hesabatlar. Peşəkar paket marketplace inteqrasiyaları, AI, tapşırıq və HR funksiyalarını əlavə edir. Korporativ paket limitsizdir və xüsusi dəstək verir.
Datalarımız təhlükəsizdir?+
Bəli. Multi-tenant izolyasiya hər müştəri datasını ayrı saxlayır. Şifrələr bcrypt-12 ilə hash olunur. Bütün dəyişikliklər audit log-da qeydə alınır. Sahibkar bölməsi əlavə PIN ilə qorunur.
Marketplace inteqrasiyası necə işləyir?+
Peşəkar paketdə Bolt, Wolt, Yango, ProGo və Tap.az kimi platformaları qoşa bilərsiniz. Stok və qiymət avtomatik sinxron olur, sifarişlər birbaşa ERP-yə düşür.
Bir neçə filialım var. Hamısı tək hesabda idarə oluna bilərmi?+
Bəli. İstənilən qədər filial əlavə edə bilərsiniz. Hər filialın öz anbarı, kassası və işçiləri olur. Sahibkar bölməsində filiallar üzrə müqayisəli hesabat görəcəksiniz.
POS-da hardware (skaner, çek printeri) qoşula bilərmi?+
Bəli. USB barkod skanerləri brauzerdə standart klaviatura kimi işləyir. Çek printeri üçün thermal printer dəstəklənir (80mm).
Abunə bitsə dataya nə olacaq?+
Data 30 gün ərzində saxlanılır. Bu dövrdə yenidən aktivləşdirsəniz hər şey qaytarılır. 30 gündən sonra audit qaydalarına uyğun anonimləşdirilir.
Sualınız hələ də var?
salam@360biznes.az